Ana səhifə / Dünyadan / 23 noyabr

23 noyabr

23 noyabr — Qriqori təqviminə görə ilin 327-ci günü (uzun illərdə 328-ci). İlin sonuna 38 gün qalır.
XX və XXI əsrlərdə Yuli təqviminin 10 noyabra uyğun gəlir.

Əhəmiyyətli hadisələr

E.ə. 534 — İkariyalı Tespis personajı səhnədə təsvir edən ilk aktyor oldu.
1174 — Səlahəddin Əyyubi Dəməşqi zəbt etdi və öz imperiyasına əlavə etdi.
1492 — İspaniya kralı Ferdinand elan etdi ki, İspaniya yəhudilərinin əmlakı taca məxsusdur.
1510 — Osmanlı İmperiyası İmereti Çarlığına (müasir qərbi Gürcüstan) qarşı birinci kampaniyasına başladı. Osmanlı qoşunu paytaxt Kutaisini qarət etdi və Gelati monastırını yandırdı.
1606 — Hacı Mustafa Sunullah Əfəndi dördüncü və sonuncu dəfə Osmanlı imperiyasının şeyxülislamı seçildi.
1644 — Con Milton senzuranı tənqid edən Areopagitika əsərini çap etdi.
1708 — Rus Pravoslav Kilsəsi I Pyotra xəyanət etdiyi üçün getman İvan Mazepanı anafema etdi.
1852 — İngiltərədə ilk dəfə poçt qutuları quraşdırılıb.
1919 — Azərbaycan və Ermənistan hökumətlərinin rəhbərləri Tiflisdə görüşüb. Onlar bütün ziddiyyətli məsələləri sülh konfransında həll etməyi qərara aldılar. Görüşdən sonra Azərbaycan ordusu Zəngəzurdan geri çağırılıb.
1924 — Edvin Habbl kəşf etdi ki, Andromeda dumanlığı əslində Süd Yolunun hüdudlarından kənarda olan ayrıca qalaktikadı, bu ilk dəfə The New York Times dərc edilmişdir.
1929 — Ümumittifaq Kommunist Partiyası Zaqafqaziya ölkə Komitəsi kollektivləşməni sürətləndirmək barədə qərar verib.
1936 — Life jurnalı fəaliyyətini foto-jurnalı kimi başladı və ani uğura nail oldu.
1940 — İkinci dünya müharibəsi dövründə Rumıniya Krallığı Üçlər paktını imzalıyır və rəsmi olaraq Ox ölkələrinin ittifaqına qoşuldu.
1955 — Kokos adalarına nəzarət Birləşmiş Krallığından Avstraliyaya keçir.
1971 — Çin Xalq Respublikasının nümayəndələri Birləşmiş Millətlər Təşkilatında və o cümlədən BMT Təhlükəsizlik Şurasında iştirak etdilər.
1976 — Jak Mayol tənəffüs avadanlığı olmadan su altında 100 metr dərinliyinə çatan ilk adam oldu.
1980 — İtaliyada zəlzələ 5000-ə qədər insanın həyatına son qoyub.
1981 — İran-Kontras qalmaqalı zamanı Ronald Reyqan milli təhlükəsizliyinin 17-ci məxfi direktivasını imzaladı və Mərkəzi Kəşfiyyat İdarəsinə Nikaraquada Kontras qiyamçılarını toplamaq və dəstək göstərmək səlahiyyətini verdi.
1987 — BMT İkinci Dünya müharibəsi canilərinə dair sənədlərin üzərindən məxfilik qrifini götürüb. Bununla da, tarixçilər zəngin mənbə ediblər.
1996 — Terrorçular Efiopiya Hava Yollarına məxsus təyyarəni qaçırıb. Lakin yanacağı qurtaran təyyarənin Hind okeanına düşməsi nəticəsində 123 nəfər həlak olub.
2003 — Qızılgül inqilabı zamanı Gürcüstan prezidenti Eduard Şevardnadze bir neçə həftə davam edən qondarma seçkilərə qarşı kütləvi aksiyalardan sonra istefa verdi.
2005 — Elen Conson-Serlif Liberiyanln prezidenti seçildi və Afrika dövlətinə başçılıq edən ilk qadın oldu.
2009 — Filippində Maqindanao qətliamı törədildi.
2010 — Şimali Koreyanın Yonpxöndo adasının atəşə tutması nəticəsində Cənubi Koreyanın Yonpxöndo adasında iki dinc sakin və iki dəniz piyadası öldülər.
2011 — Ərəb baharı zamanı Yəməndə 11 aylıq etirazlardan sonra Yəmən prezidenti Əli Abdullah Saleh hüquqi immunitet müqabilində hakimiyyətin vitse-prezidentə ötürülməsi barədə saziş imzaladı.

Doğumlar

1804 — Franklin Pirs, ABŞ-ın 14-cü prezidenti
1859 — Billi Kid, amerikalı oğru və qatil
1861 — Konstantin Korovin, rus rəssam
1926 — Satya Sai Baba, hind quru və filosof
1933 — Kşiştof Penderetski, polyak bəstəkar və dirijor
1945 — Vahid Əziz, azərbaycanlı şair
1947 —Natiq Əliyev, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, 2005-2013-cü illərdə isə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri.
1964 — Don Çidl, amerikalı kinoaktyor
1966 — Vensan Kassel, fransız aktyor
1976 — Cüneyt Çakır, beynəlxalq dərəcəli türk futbol hakimi
1979 — Nihat Kahveçi, türk futbolçu
1982 — Asafa Pavell, yamaykalı atlet
1992 — Mayli Sayrus, amerikalı aktrisa və müğənni

Ölümlər

1737 — Əli Mirzə
1948 — Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov – Bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim.
2011 — Rafiq Tağı – Azərbaycanlı yazıçı-filosof, həkim-kardioloq.

Bayramlar və xüsusi günlər

Gürcüstan Gürcüstan — Georqoba bayramı.
Yaponiya Yaponiya — Əməyə Minnətdarlıq Günü (məhsul yığımının tamamlanması bayramı — Kinpo kansya-no xi).
Cəzasızlığa Qarşı Beynəlxalq Gün

About

Təkrar yoxlayın

21 noyabr

21 noyabr — Qriqorian təqvimi ilə ilin 325-ci günü (uzun illərdə 326-cı). İlin sonuna 40 gün qalır. Əhəmiyyətli …

Добавить комментарий