Ana səhifə / Dünyadan / 24 noyabr

24 noyabr

24 noyabr — Qriqorian təqvimi ilə ilin 328-ci günü (uzun illərdə 329-cu). İlin sonuna 37 gün qalır.

Əhəmiyyətli hadisələr

1642 — Holland səyyahı Abel Tasman Avstraliya ətrafında adalar qrupunu kəşf edib. Bu ərazi sonradan onun şərəfinə Tasmaniya adaları adlandırılıb.
1798 — Fransada əmlak vergisinə əlavə olaraq “Qapı və pəncərə vergisi” də tətbiq edilib.
1859 — Çarlz Darvinin “Növlərin mənşəyi” kitabı nəşr edilib. Kitabın ilk tirajı bir gündə satılıb.
1928 — Türkiyə Böyük Millət Məclisi Qazi Mustafa Kamala “Baş müəllim” dərəcəsi verib.
1934 — Soyad qanunu qəbul edildikdən sonra Türkiyə prezidenti Qazi Mustafa Kamala Atatürk adı verilib.
1945 — BMT rəsmən fəaliyyətə başlayıb. Təşkilatın Nizamnaməsi ratifikasiya olunub.
1951 — Fransız tədqiqatçısı kapitan İv Kusto ilk dəniz səyahətinə çıxıb.
1961 — BMT nüvə silahından istifadəni qadağan edən qətnamə qəbul edib.
1969 — ABŞ və SSRİ nüvə silahını yaymamaq haqqında saziş imzalayıb.
1995 — Azərbaycan Respublikası Bruney ilə diplomatik əlaqələr qurmuşdur.
1988 — Sovet rəhbərliyinin qərarı ilə Azərbaycan SSR-in Bakı, Sumqayıt və Gəncə şəhərlərində komendant saatı tətbiq edilib.
1992 — ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na 907-ci əlavəni qəbul edib.
2006 — Mehriban Əliyeva İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülüb.

Doğumlar

1632 — Benedikt Spinoza – filosof.
1729 — Aleksandr Suvorov – rus sərkərdəsi, (bəzi mənbələrdə onun 1830-cu ildə anadan olduğu göstərilir)
1937 — Ağacan Abıyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü.
1963 — Ziyafət Əsgərov – 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini. Hüquq elmləri namizədi, professordur.
1966 — Vüqar Qaradağlı – müəllim, alim, jurnalist, Əməkdar jurnalist, BDU-nun dosenti.
1969 — Pərviz Şahbazov – Azərbaycan Respublikasının Energetika naziri.
1994 — Çingiz Qurbanov – Azərbaycanın Milli Qəhrəmanı

Ölümlər

1991 — Freddi Merkuri (Fərrux Bülsara) – иritaniyalı rok ifaçısı, məşhur Kuin (Queen) rok qrupunun ifaçısı və yaradıcısı.
2001 — Səyavuş Şəfiyev – aktyor, “Əhməd haradadır” filmində baş rolun ifaçısı.
2011 — Elxan Qurbanov – Azərbaycan aktyoru.

About

Təkrar yoxlayın

21 noyabr

21 noyabr — Qriqorian təqvimi ilə ilin 325-ci günü (uzun illərdə 326-cı). İlin sonuna 40 gün qalır. Əhəmiyyətli …

Добавить комментарий