MƏLUMATLARIN QORUNMA SİYASƏTİ
“Fərdi Məlumatlar Haqqında Qanun”a (“Qanun”) əsasən, Fərdi məlumatlarınız
Tiko Azərbaycan MMC (“Şirkət”)
tərəfindən aşağıda göstərilən çərçivədə istifadə edilə bilər.
Fərdi Məlumatların İstifadə Olunması Məqsədləri
Toplanmış Fərdi məlumatlarınız aşağıda göstərilən məqsədlərlə (“Məqsədlər”) və Qanunun 9-cu maddəsində nəzərdə tutulan Fərdi məlumatların istifadəsi
şərtləri çərçivəsində istifadə ediləcəkdir:
-
İstifadəçi məlumatlarının düzgünlüyünün yoxlanılması və zəruri hallarda yenilənməsi,
-
Şirkətimizin məhsul və xidmətlərindən yararlanmağınız nəticəsində müvafiq müqavilənin bağlanması, ödəniş tapşırığının qəbul edilməsi, ödəniş əməliyyatlarının həyata keçirilməsi, elektron pul emissiyası və vəsaitə çevrilməsi kimi müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi,
-
Hesab yaradılması – qeydiyyat proseslərinin aparılması və hesabınızın idarə olunması,
-
Elektron pul kisəsi başda olmaqla ödəniş vasitələrinin təmin edilməsi,
-
Mobil tətbiq vasitəsilə hesab və əməliyyat izlənməsi, xərclər xülasəsi və bənzər funksiyaların təqdim olunması,
-
Məhsul və xidmətlərimiz haqqında məlumatlandırma və tanıtım fəaliyyətlərinin həyata keçirilməsi,
-
Rəqəmsal cüzdan və digər ödəniş və elektron pul xidmətlərinin qanunvericiliyə uyğun şəkildə icrası,
-
Rəsmi qurumların tələblərinin yerinə yetirilməsi,
-
Müvafiq orqanlara qanunvericilikdən irəli gələn məlumatların təqdim olunması,
-
İcazəsiz əməliyyatların və/və ya şübhəli istifadə hallarının izlənməsi, nəzarəti və qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi,
-
Müştərini tanıma və Fərdiyyətin təsdiqlənməsi proseslərinin həyata keçirilməsi, qanunvericiliyin tələb etdiyi məlumat və sənədlərin yoxlanılması,
-
Qanunun 7-ci maddəsində göstərilən hüquqlarınızın həyata keçirilməsi üçün şirkətə təqdim etdiyiniz müraciətlərin qiymətləndirilməsi və nəticələndirilməsi,
-
İstifadəçi münasibətlərinin idarə olunması,
-
Maliyyə əməliyyatlarının izlənməsi,
-
Şirkətimizin təqdim etdiyi məhsul və xidmətlərdən faydalanmanız üçün struktur bölmələrimiz tərəfindən lazımi fəaliyyətlərin yerinə yetirilməsi,
-
Şirkətimizin kommersiya fəaliyyətlərinin həyata keçirilməsi üçün zəruri daxili proseslərin idarə olunması,
-
Şirkətimizin və partnyorlarımızın hüquqi, texniki və kommersiya-təhlükəsizlik təminatı,
-
Şirkətimizin kommersiya və biznes strategiyalarının müəyyənləşdirilməsi və tətbiqi,
-
Hüquqi işlərin izlənməsi və icrası,
-
Məlumat təhlükəsizliyi proseslərinin idarə olunması,
-
Audit fəaliyyətlərin yerinə yetirilməsi,
-
Şirkət siyasət və prosedurlarına əməl edilməsinin təmin olunması,
-
İstifadəçi məmnuniyyətinin və korporativ kommunikasiya fəaliyyətlərinin planlaşdırılması və icrası,
-
Püşkatma, kampaniya, müsabiqə, promosyon və reklam tədbirlərinin həyata keçirilməsi,
-
Gələcəkdə yarana biləcək mümkün mübahisələrdə sübut kimi istifadə olunmaq məqsədilə Fərdi məlumatların ümumi müddət ərzində saxlanılması,
-
Tələb və şikayətlərinizin qəbul edilməsi, qiymətləndirilməsi və nəticələndirilməsi,
-
Açıq razılığınız olduğu halda Fərdiyyət, əlaqə, müştəri əməliyyatı və maliyyə məlumatlarınızın sizə təklif ediləcək məhsul və xidmətlərin fərdiləşdirilməsi, təhlili və tanıdılması məqsədilə işlənməsi,
-
Razılığınız olduğu halda Fərdiyyət və əlaqə məlumatlarınızın seçdiyiniz rabitə vasitələrinə kommersiya xarakterli elektron mesaj göndərilməsi məqsədilə emalı.
İstifadə Olunan Fərdi Məlumatlar Kimlərə və Hansı Məqsədlə Ötürülə Bilər
Yuxarıda göstərilən Məqsədlərin yerinə yetirilməsi çərçivəsində toplanmış Fərdi məlumatlarınız, qanuni maraqlarımız çərçivəsində partnyorlarımıza,
qanunvericilikdə açıq şəkildə nəzərdə tutulduğu və hüquqi öhdəliklərimizin yerinə yetirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş dövlət qurumlarına və
hüquqi şəxslərə, Qanunun 9-cu maddəsində göstərilən Fərdi məlumatların toplanılması və işlənilməsi şərtləri daxilində ötürülə bilər.
Fərdi Məlumatların Toplanma Üsulu və Hüquqi Əsasları
Fərdi məlumatlarınız, yuxarıda göstərilən Məqsədlərin yerinə yetirilməsi məqsədilə elektron mühitdə hesab yaradılması formalarının doldurulması,
çağrı mərkəzi, internet saytımız, mobil tətbiqlər, qısa mesaj, e-poçt və ya fiziki mühitdə Şirkətlə əlaqə zamanı həyata keçirilən görüşlər və
formalar vasitəsilə toplanır.
Fərdi məlumatlarınız aşağıdakı hüquqi əsaslara görə Qanunun 9-cu maddəsində göstərilən şərtlərə uyğun olaraq toplanır və işlənilir olunur:
Kişisel verileriniz aşağıdaki amaçlarla ve hukuki sebepler ile Şirketimiz tarafından Kanun’un 5. maddesinde
belirtilen kişisel veri işleme şartlarına dayalı olarak toplanmakta ve işlenmektedir.
1. Müqavilənin bağlanması və icrası üçün zəruri hallarda:
-
Məhsul və xidmətlərdən istifadə üçün müqavilənin bağlanması, ödəniş əməliyyatlarının həyata keçirilməsi,
-
Hesab yaradılması və idarə olunması,
-
Rəqəmsal cüzdan və digər ödəniş vasitələrinin təmin edilməsi,
-
Mobil tətbiq üzərindən əməliyyat və balans izlənməsi.
2. Qanunvericilikdə açıq şəkildə nəzərdə tutulduğu və hüquqi öhdəliklərin yerinə yetirilməsi üçün:
-
İstifadəçi məlumatlarının doğruluğunun təsdiqi və yenilənməsi,
-
Elektron pul və ödəniş xidmətlərinin qanuna uyğun şəkildə icrası,
-
Dövlət orqanının tələblərinin yerinə yetirilməsi,
-
Şübhəli əməliyyatların izlənməsi və qarşısının alınması,
-
Müştərini tanıma və Fərdiyyətin təsdiqlənməsi proseslərinin icrası,
-
Qanunun 11-ci maddəsi üzrə təqdim edilmiş müraciətlərin qiymətləndirilməsi və nəticələndirilməsi.
3. Şirkətin qanuni maraqları üçün, lakin Fərdin əsas hüquqlarına zərər vermədən:
-
İstifadəçi məlumatlarının doğruluğunun təmin olunması,
-
Məhsul və xidmətlər haqqında məlumatlandırma,
-
Müştəri münasibətlərinin idarə olunması,
-
Maliyyə əməliyyatlarının izlənməsi,
-
Satış və marketinq fəaliyyətlərinin həyata keçirilməsi,
-
Şirkətin və partyorların təhlükəsizliyinin təmin olunması,
-
Məlumat təhlükəsizliyi və audit proseslərin aparılması,
-
Korporativ kommunikasiya və istifadəçi məmnuniyyəti tədbirlərinin icrası.
4. Hüquqların təmin olunması və qorunması üçün zəruri hallarda:
-
Gələcək mübahisələrdə sübut kimi məlumatların saxlanılması,
-
Tələb və şikayətlərin qəbul və cavablandırılması.
5. Açıq razılığınız əsasında:
-
Fərdi məlumatlarınızın marketinq, təhlil və fərdiləşdirmə məqsədləri üçün işlənməsi,
-
Kommersiya xarakterli elektron bildirişlərin göndərilməsi.
İstifadəçinin Qanunun 7-ci Maddəsində Göstərilən Hüquqları
İstifadəçi olaraq siz, Qanunun 7-ci maddəsinə əsasən aşağıdakı hüquqlara maliksiniz:
-
İnformasiya sistemində özü barəsində fərdi məlumatların mövcudluğu, onların mülkiyyətçisi və ya operatoru haqqında məlumat almaq;
-
İnformasiya sistemində özü barəsində fərdi məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək, bu məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin subyekt üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq;
-
İnformasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq;
-
İnformasiya sistemində özü barəsində fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini, üsullarını, onun fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sistemlərinin dairəsini bilmək;
-
İnformasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin məlumatların müəyyən olunmuş qaydada arxivə verilməsi barədə müraciət etmək;
-
Özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək;
-
İnformasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək;
-
İnformasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların mühafizəsini tələb etmək;
-
Özü barəsində toplanılan və işlənilən fərdi məlumatların olduğu informasiya sistemlərinin uyğunluq sertifikatının mövcudluğu və dövlət ekspertizasından keçirilməsi haqqında məlumat almaq;
-
Bu Qanunla və Azərbaycan Respublikasının başqa normativ hüquqi aktları ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
Yuxarıda qeyd olunan hüquqlarınıza dair tələblərinizi Şirkətimizə təqdim etdiyiniz halda, Şirkət müraciətin məzmununa uyğun olaraq ən qısa zamanda, lakin ən gec 30 gün ərzində cavab verəcəkdir.
Əməliyyatın əlavə maliyyət tələb etdiyi hallarda xidmət haqqı tətbiq edə bilər.