Bədəni formaya salacaq 5 sadə məşq növü

Bu gözəl arzular gözlənilən qədər uzun müddətli olmasa da, biz sizin üçün qısa zamanda bədəninizi formaya salacaq 5 ədəd məşq hazırladıq. Bu hərəkətləri 4 həftə boyunca tətbiq etsəniz nə trinajora yazılmağınıza, nə də evə avadanlıq almağınıza ehtiyac olduğunu anlayacaqsınız. Lazım olan şey tam qərarlı olmaq və gününüzdən ayıracağınız tam 10 dəqiqə!

Plank

Plank məşqi statik, yəni, hərəkət etməyinizə ehtiyac olmayan bir məşqdir. Etməli olduğunuz tək şey həmin formanı düzgün almağınızdır. Doğru edə bilmək üçün yuxarıdakı şəkildəki kimi, dirsəkləriniz və ayaq barmaqlarınızın üzərində gücünüzü toplayın. Bu formanın əhəmiyyəti, beli düm-düz tuta bilməkdir. Əgər dirsəklər üzərində durduqda heç çətinlik çəkmirsinizsə onda tərs gedən bir şeylər ola bilər. Bu formada olarkən sizi dik tutan əzələlər işləməyə başlayar. Yəni, qol əzələləriniz, qarın əzələləriniz, bel və yan əzələləriniz işləyər.

Jim

Düzgün bir jim hərəkətləri üçün plank formasının başlanğıc olduğunu fərz edin və özünüzü qollarınızdan güc alaraq yuxarı qaldırın. Burada vacib şey belinizi, budunuzu və ayaqlarınızı eyni və düz bir xətt üzərində tuta bilməkdir. Bu hərəkət qollarınız ilə birlikdə qarın əzələlərinizi də dartacaqdır. Növbəti mərhələ plank formasına yavaşca geti qayıtmaqdır.

Bud əzələlərini formaya salma

Bu məşqə şəkildə də gördüyünüz kimi əlləriniz və ayaqlarınız üzərində duraraq başlayın. Sonra bir ayağınızı düz tutmağa və sağa-sola getməsinə mane olmağa çalışaraq uzadın, eyni zamanda bunu əks tərəfdə duran qolunuzla da edin. Sonra isə digər ayaq və qol üçün məşqi tekrarlayın.

Squats

Squat tamamən balansla əlaqəlidir. Qollarınızı çiyin genişliyində açın və dabanlarınızın üzərində durun. Sonra sanki xəyali bir oturacağa otururmuş kimi yavaşca oturun və qalxın. Qıç və ayaqlarınızın düz bir xətdə olmasına diqqət yetirin. Hərəkəti edərkən qollarınızı da şəkildə göründüyü kimi uzada bilərsiniz. Tam aşağı doğru əyildiyinizdə özünüzü olduqca yavaş yuxarı doğru çəkməyə başlayın.

Qarın əzələsi məşqi

Kürək üstü uzanın və qollarınızı yuxarı doğru qaldırın, ardınca qılçalarınızdan birini qaldırıb yuxarı doğru gətirin və əlinizlə ona toxunun. İlkin formaya qayıdaraq digər qılça və qolla təkrar edin. Burda qayda budur: sol qol, sol qılçaya, sağ qol sağ qılçaya toxunacaq.

Emil Aliyev

TikoAzCanavarı)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir