Call of Duty 2020 adı və loqosu sızdırıldı

Bir çox oyunçunun səbirsizliklə gözlədiyi Call of Duty 2020 oyunu ilə bağlı bəzi iddialar ortaya atıldı. Call of Duty 2020 adı və loqosu bu yaxınlarda Doritos-un reklam görüntülərindən sızdı.

Ötən aylarda sızan məlumatları ilə tanınan Twitter istifadəçisi Okami yeni Call of Duty oyunu ilə bağlı bəzi yazılar paylaşdı. Bu gün açıqlanan məlumatlar nəticəsində, yeni oyunun adı Doritos-un reklam təqdimatında göstərilib.

Call of Duty: Black Ops Cold War kimi yayımlanacaq oyun bir çox oyunçu tərəfindən maraqla gözlənilir. Ötən aylarda oyunun adının Call of Duty: Black Ops CIA olacağı deyilirdi.

Hələlik şirkət tərəfindən rəsmi açıqlama verilməyib. Sızıntıları ilk dəfə TheGamingRevolution adlı YouTube məzmun istehsalçısı yayımlayıb.  Bəzi mənbələrin də oxşar sızmaları gündəmə gətirməsi diqqət çəkir.

Doritos ilə ortaq hazırlanan, hər oyunçuya gündə 1 saat ikiqat təcrübə xal qazanmaq və 1 il ikiqat təcrübə xalından istifadə etməyə imkan verən reklamlar sayəsində özlərini daha sürətli inkişaf etdirə biləcəklər.

Emil Aliyev

TikoAzCanavarı)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir