Gündəlik həyatı asanlaşdıracaq 10 faydalı məlumat

Tiko.az 24media.az-a istinadən sizə gündəlik həyatınızında yararlı olacaq faydalı məlumatları təqdim edir:

1. Əgər qolunuzu və yaxud bədəninizin hər hansı bir hissəsini milçək, və ya həşərat dişləyibsə, qaşıntı və qızartıdan xilas olmaq üçün həmin hissəyə çiy kartof sürtün. 

2. Bir stəkana su və duz qoyun. Bu duzlu suyu yavaşca burnunuza çəkin. Duzlu su burundakı damarları rahatlaşdıracaq və burnunuzu açacaqdır.

3. Əgər düyünün dənə-dənə olmasını istəyirsinizsə, içinə 3-4 damcı limon suyu əlavə edin.

4. Portağal və ya başqa bir meyvənin suyunu sıxmadan əvvəl suda saxlayın və yaxud mikrodalğalı sobada 20-25 saniyə saxlayın. Bu onların daha da sulu olmasına kömək edəcək.

5. Əlinizdəki tikanı ağrısız formada çıxarmaq üçün isti su dolu bir qabın ağzına əlinizi tutun.

6. Güllərin çox tez solmaması üçün güldandakı suya aspirin atın. Bu onun daha gec solmasına zəmin yaradacaq.

7. Rütubət ləkələrindən qurtulmaq üçün limon duzunu suda qaynadıb həmin ləkəli yerlərə yayın. Bu ləkələrin tədricən yox olmasına kömək edəcək.

8. Bayat çörəklərin yenidən təzə kimi olması üçün onları suda isladın və 5 dəqiqə sobada bişirin.

9. Qazandakı yeməyin daşmaması üçün taxta qaşığı qazanın üzərinə üfüqi şəkildə yerləşdirin.

10. Boyun ağrılarından xilas olmaq üçün köhnə bir corabın içini düyü ilə doldurub mikrodalğalı sobada 40 saniyə saxlayın və boynunuzun ağrıyan hissəsinə sərin.

Emil Aliyev

TikoAzCanavarı)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir