Mobil proqramlara nə qədər vaxt sərf edirik?

Ağıllı telefonlar üçün əvəzolunmaz olan bir çox mobil tətbiq insanların saatlar keçirməsinə səbəb olur. Xüsusilə İnstaqram və TikTok kimi məşhur tətbiqlər insanların oyaq olduqları zaman daha çox vaxt keçirtdiyi proqramdırlar. Yeni bir araşdırma nəticəsində insanlar vaxtlarının dörddə birini mobil tətbiqlərin axtarışına sərf edirlər. Bəs mobil tətbiqlərə nə qədər vaxt sərf edirik?

Rəqəmlərlə desək mobil tətbiqlərə nə qədər vaxt sərf edirik?

App Annie-nin 2020-ci il üçün hesabatına görə, dünyada insanlar gündə orta hesabla 3 saat telefonlarında tətbiqlərdən istifadə edirlər. Bu, oyaq vaxtlarının dörddə birini mobil tətbiqə sərf etdikləri deməkdir.

Bildiyiniz kimi, bu ilin əvvəlindən epidemiya səbəbi ilə karantin prosesindəydik və bu səbəbdən daha çox insan “rəqəmsallaşdı”, buna görə telefon istifadəsi xeyli artdı. Bunun rəqəmlərə əks olunması isə çox çəkmədi. Yeni dərc olunan hesabatda ortaya çıxan rəqəmlər, mobil dünyanın korona virusunun təsiri ilə son beş ildə ən yüksək rəqəmlərə çatmasına səbəb olur.

App Annie tədqiqatçılarının dediyinə görə, 2015-ci ildən bəri mobil tətbiqlərdə sərf olunan vaxt 50 faiz artmışdır. İnternet sürətinin artması, mobil tətbiqetmələrin şaxələndirilməsi və corona virusu səbəbiylə bir çox şeyin rəqəmsallaşdırılması nəzərə alınarsa, bu rəqəmlərin təsadüf olmadığı ortaya çıxır.

Mobil istifadədə ən çox artım olan ölkələr bunlardır:

ABŞ, Hindistan, İndoneziya, Pakistan və Rusiya.

İnternet istifadəsi ilə paralel olaraq smartfon istifadəsi artdıqca hər il minlərlə mobil tətbiqetmələr inkişaf etdirilir. Əslində hesabatda ən çox yüklənən 100 tətbiqin üçdə birinin yeni hazırlanmış tətbiqlər olduğu vurğulanır.

Dünyanın ən populyar tətbiqlərindən olan TikTok , ABŞ-da ən yüksək rəqəmləri qazandı. Sensor Tower-in aprel ayında verdiyi məlumata görə, Sosial Media tətbiqi dünyada 2 milyarddan çox yüklənib. Bu cür tətbiqlər Azərbaycanda da hər keçən gün populyarlaşır və gəlirləri hər keçən gün daha da artır.

App Annie görə, bu rəqəmlərdən əlavə olaraq 2019-cu ildə ən çox aylıq aktiv istifadəçisi olan tətbiqlər aşağıdakılardır:

 Amazon, Apple Musiqi, Gmail, Google Maps, Facebook, Facebook Messenger, Instagram, Netflix, SnapChat və YouTube

Emil Aliyev

TikoAzCanavarı)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir