Yatmazdan əvvəl çay içmək olmaz

Çay çox faydalı içkidir. Lakin çaydan fayda almaq üçün onu düzgün dəmləmək və içmək lazımdır.

Bir çox mütəxəssislər yatmazdan əvvəl çay içməyi tövsiyə etmirlər. Tiko.az Saglamolun.az saytına istinadən sizlərə bu səbəbləri yazır:

1. Çay sidikqovucu təsirə malikdir ki, bu da normal gecə yuxusuna mane ola bilər.

2. Tərkibində kofein olan çay sinir sisteminə qıcıqlandırıcı təsir etdiyi üçün bu da yuxuya getməyə mane olacaq.

3. Yuxu zamanı insan orqanizmində susuzlaşma inkişaf edir. Məhz bu səbəbdən mütəxəssislər səhər oyandıqdan dərhal sonra 1 stəkan su içməyi tövsiyə edirlər. Sidikqovucu təsiri olan çay susuzlaşmanı daha da artıracaq. Susuzlaşma orqanizm üçün qan qatılaşır, damarlarda trombların əmələ gəlməsi riski daha da artır və s.

Alimlərin fikrincə, yatmazdan 30-40 dəqiqə əvvəl 1 stəkan su içmək lazımdır. Bu sadə tövsiyyə ürək tutması, infarkt və insultun riskini azaldır.

Emil Aliyev

TikoAzCanavarı)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir