Yun geyimləri yuyarkən bu 5 qaydaya əməl edin

Yun paltarlarları yuyarkən onların görünüşlərini korlamamaq üçün bəzi qaydalara əməl etmək kifayət edir. Tiko.az xarici KİV-ə istinadən bu 5 qaydanı yazır:

1. Paltaryuyan maşından istifadə etməyin.

Maşında hər nə formada rejim qursanız belə, yenə də yuna zərər verə bilər. Əlavə olaraq yuyucu tozun tərkibi yüksək temperatur yunun yumşaq təbii materialını sərtləşdirir. Üstəlik yun paltaryuyan maşını zədələyə də bilər. Onda olan tiftik nasosun içində sərt qalıqlar əmələ gətirir. Ən yaxşı variant yunu əl ilə yumaqdır.

2. Soyuq suda islatmaq.

Yunu aşağı dərəcədə olan temperaturda yumaq məsləhətdir. Soyuq suya 1 xörək qaşığı yuyucu toz əlavə edin. Yumazdan əvvəl isə sviteri 5-10 dəqiqəlik soyuq suda isladın.

3. Yaxalama.

Vannada olan sabunlu suyu boşaldın, onu yaxalayın, təmiz və sərin su ilə doldurun. Yuduğunuzun üzərinə su çıxanadək doldurun. Sabunlu məhlulun təmizlənməsi üçün onu bir neçə dəfə sıxın və açın. Artıq sıxıldığı zaman sabun köpüyü görünmürsə suyu dəyişdirin.

4. Sıxma və qurutma.

Təzəcə yuyulan yun paltarını burub asmayın. Yoxsa, dartılıb formasını itirə bilər. Ən yaxşısı onu əvvəlcədən sərilmiş hər hansı bir dəsmalın üzərinə üfüqi səthdə qoymaqdır.

Ən yaxşısı sviteri əvvəlcədən sərilmiş dəsmalın üzərində üfüqi səthdə qoymaqdır.

Sviteri qurumağa qoymazdan əvvəl ona düzgün forma verməlisiniz. Bu, onun ölçüsünün qorunmasına imkan verəcək.

Sviterin tamamilə quruması bir neçə gün çəkə bilər. Buna görə, altındakı dəsmalı dəyişdirməyi, həmçinin sviteri digər tərəfə çevirməyi unutmayın.

Yun papaqları, şalvarlarınızı, əlcəklərinizi, şərflərinizi, corablarınızı, eləcə də şallarınızı da bu qaydada yuyun.

Emil Aliyev

TikoAzCanavarı)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir