TİKO Food Card
TİKO Food Card, “TİKO Azərbaycan” MMC tərəfindən təqdim edilən elektron puldur. Elektron pul müxtəlif təşkialtlara işçilərinin gündəlik yemək xərclərinin daha rahat və şəffaf şəkildə qarşılanmasını təmin edir. Bu elektron pul vasitəsilə şirkətlər işçilərinə nağdsız şəkildə yemək haqqı təyin edə və həmin vəsaitin yalnız kafe və restoran kimi ictimai iaşə obyektlərində istifadə olunamasını təmin edə bilər.
Layihənin mahiyyəti
TİKO Food Card — hüquqi şəxslərin və fərdi sahibkarların öz işçilərinə üçün təyin etdiyi yemək xərclərinin idarə edilməsini asanlaşdıran ödəniş alətidir. Bu elektorn pul sayəsində işçilər gündəlik yemək xərclərini yalnız TİKO-nun tərəfdaş olduğu ictimai iaşə obyektlərində (kafe, restoran və s.) ödəyə bilirlər.
Sistemdə bütün ödəniş əməliyyatları elektron pul vasitəsilə TİKO tətbiqi üzərindən aparılır. Bu nağd ödənişlərə ehtiyacı aradan qaldırır, işçilərə rahatlıq yaradır. Layihədə iştirak edən təşkilatlar və iaşə obyektləri arasında bütün hesablaşmalar “TİKO Azərbaycan” MMC tərəfindən rəqəmsal və şəffaf şəkildə təmin edilir.
İşçilər TİKO mobil tətbiqi üzərindən QR kod və ya 6 rəqəmli dinamik kod vasitəsilə tərəfdaş iaşə obyektlərində ödəniş edə bilirlər.
Bu sistem vasitəsilə elektron puld aolan pul vəsaitinin nağdlaşdırılması mümkün deyil, yalnız yemək xərclərinə uyğun ödənişlər həyata keçirilə bilər.
TİKO Food Card-ın üstünlükləri
  • Nağdsız və rahat ödənişlər: bütün əməliyyatlar mobil tətbiq vasitəsilə aparılır;
  • Təhlükəsizlik: eektron pul və onun tətbiqi üzrə təhlükəsizlik qanunvericiliyə və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun şəkildə əmin edilir;.
  • Şəffaf uçot: işəgötürənlər üçün bütün ödənişlər elektron şəkildə izlənilə bilir;
  • Geniş iaşə şəbəkəsi: əməkdaşlar çoxsaylı kafe və restoranlarda rahat istifadə imkanı əldə edirlər;
  • Sadə qeydiyyat: işçilər mobil tətbiqdə qeydiyyatdan keçərək ad, soyad, əlaqə nömrəsi və digər zəruri məlumatları daxil etməklə şəxsi kabinet yaradırlar
Kimlər istifadə edə bilər?
TİKO Food Card yalnız şirkətlər və fərdi sahibkarlar üçün nəzərdə tutulub. Bu layihə çərçivəsində fiziki şəxslərə fərdi qaydada xidmət göstərilmir.
Əlaqə və dəstək üçün:
info@tiko.az
+(994) 12 597 4872